Şevçenko azərbaycanlı jurnalistə görə Rusiyanı tənqid etdi

Rusiyalı jurnalist Maksim Şevçenko İstintaq Komitəsinin Orxan Camal, Kiril Radçenko və Aleksandr Rastorquyevin Mərkəzi Afrika Respublikasında talan edilmək üçün öldürülməsi versiyasını tənqid edib.

Axar.az xəbər verir ki, bunu Şevçenko NSN-ə müsahibəsində deyib.

“Əgər İstintaq Komitəsinin sədr müavini İqor Krasnov motivin nə olduğunu bilirsə, onları kimi öldürdüyünü də bilir. Əgər o, jurnalistləri kimin öldürdüyünü bilmirsə, o zaman motivdən necə danışmaq olar? Əgər versiya varsa, o zaman motivdən danışmaq olar. Bir il yarım sonra istintaqın “ola bilər ki” versiyası ilə çıxış etməsi qəribədir”, – deyə o bildirib.

Şevçenko jurnalistlərin qətlinin onların peşəkar fəaliyyəti ilə bağlı olduğunu bildirib və bunu siyasi cinayət adlandırıb.

Qeyd edək ki, bundan öncə rusiyalı jurnalistlər Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər. Onların qətlinin “Vaqner” özəl hərbi şirkəti ilə bağlı hazırladıqları sənədli filmlə bağlı olduğu vurğulanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu