Şeyx təmirli evlə təmin olundu

Prezident İlham Əliyevin xalq artisti Şeyx Əbdül Mahmudbəyova hədiyyə etdiyi evin təmir edilməsinə dövlət tərəfindən yardım göstərilib.

Bu barədə Kult.az-a açıqlamasında xalq artisti özü məlumat verib. O, göstərilən etimada görə Prezident İlham Əliyevə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova təşəkkür edib:

“Çox sağ olsun cənab Prezident və Eldar Əzizov. Onlar mənə xüsusi dəstək göstərdilər. Dövlət tərəfindən mənə verilən ev artıq təmir etdirildi”.

Xalq artisti onu da bildirib ki, Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində qəzalı vəziyyətdə olan evi ilə bağlı problem isə hələlik həll olunmayıb:

“Uçan evin taleyi ilə bağlı məsələ tikinti aparan MTK ilə dövlət qurumları arasında problem həll olduqdan sonra məlum olacaq”.

Qeyd edək ki, ötən ilin noyabrında xalq artisti Şeyx Əbdül Mahmudbəyovun Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən və qəzalı vəziyyətdə olan yaşayış binasındakı mənzilinin divarı uçmuşdu.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu