Qar uçqunu: 170 ölü, çoxsaylı itkin, yaralılar və dağıntı var 

Son iki həftə ərzində Pakistan və Əfqanıstanda qar, yağış və sel nəticəsində 110-dan çox insan həyatını itirib.
“Sherg.az” “Lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse”məlumat yayıb. Məlumatda qeyd olunur ki, rəsmilərin sözlərinə görə, Pakistanda ən azı 75 nəfər ölüb, xeyli adam itkin düşüb, onlarla insan yaralanıb. Əfqanıstanda isə ən az 39 nəfər ölüb, 60 nəfər yaralanıb.
Hava proqnozu yaxın günlərdə çox pis hava şəraitinin olacağını göstərir. Milli Fəlakət İdarəetmə Təşkilatından (NDMA) verilən açıqlamaya görə, Pakistanın Kəşmir bölgəsi ən çox əziyyət çəkən bölgə idi, son günlərdə 55 nəfər öldü. Güclü qar uçqunun yaşandığı “Neelum” Vadisində isə ən azı 19 nəfərin ölüb və on nəfər itkin düşüb. 

Hindistanın Kəşmir bölgəsində də təbii fəlakət nəticəsində 150-dən çox ev və müəssisə məhv olub. Uçqunlarda 58 nəfər ölüb, 47 nəfərin yaralanıb.
NDMA-nın verdiyi məlumata görə, qar Bəluçistan əyalətində (cənub-qərb) iyirmi nəfərin ölümünə səbəb olub.  Qurbanların çoxu qadınlar və uşaqlardır. Həmçinin Əfqanıstan və Pakistanda 6.1 bal gücündə zəlzələ qeydə alınıb. 



Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu