YAP siyasi Şurasının üzvü aydınlıq gətirdi: “Partiyamız bir dairədən yalnız bir namizəd verir”


Aydın Mirzəzadə: “Bizim namizədlərlə razılaşmayan, namizədliyini öz təşəbbüsü ilə verib, geri götürməyən adam partiya sıralarından xaric edilir”
  

Öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Topçuyev Azər Yusif oğlunun namizədliyi qeydə alınmayıb. Məlumata görə, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında bildirilib ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Topçuyev Azər Yusif oğlu sənədlərini dairə seçki komissiyasına təqdim etməkdən imtina edib. O, DSK-ya inamının olmadığını əsas gətirərək, sənədlərini DSK-ya təqdim etməkdən imtina edib, daha sonra valideynlərinin iştirakı ilə sənədlərini təqdim edəcəyini bildirib.

Lakin valideyinləri gəlsə də, namizəd sonradan sənədlərini təqdim etməyib. Belə olan halda dairə seçki komissiyası onun namzədliyi qeydə alınmayıb. Lakin namizəd sonradan Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyinin qeydə alınmamasından şikayət edib. MSK müraciətə baxaraq, namizədin müraciətinin əsassız olduğunu bildirib və DSK-nın qərarını qüvvədə saxlayıb.

Maraqlıdır, görəsən adı YAP-ın namizədləri siyahısında açıqlanmayan partiya üzvlərinin öz təşəbbüsləri ilə, müstəqil şəkildə namizədliklərini irəli sürmələri mümkündürmü? Və ümumiyyətlə, bir dairədən YAP neçə namizəd irəli sürə bilər ? 

Suallarımızı cavablandıran millət vəkili, YAP siyasi Şurasının üzvü  Aydın Mirzəzadə “Sherg.az”a söyləyib ki, bir dairədə partiyanın 2 və daha çox namizədi olmur:

“YAP yalnız bir namizəd verir. Partiya üzvlərindən həmin namizədə  dəstək göstərməyi xahiş edir. Kimsə partiya ilə razılaşmırsa,  partiyadan çıxmalıdır. Yox əgər təkid edirsə, o adam partiyadan çıxarılır. Bu, bütün dünyada belədir.  YAP da bu nümünəni göstərir. Bizim namizədlərlə razılaşmayan, namizədliyini  müstəqil şəkildə verib, geri götürməyən adam partiya sıralarından xaric edilir. Artıq onun partiya ilə heç bir bağlılığı qalmır və belə olan halda o gedib öz təşəbbüsü ilə müstəıqil bir fərd kimi namizədliyini verib, təbliğatını apara bilər. Amma həmin adamın yenidən partiya sıralarına qayıtması mümkün olan məsələ deyil.” 
 

 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu