Turizm sahəsində irəliləyiş: “Azərbaycana milyonlarla turist gəlir”

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə giriş nitqi söyləyib. Prezident qeyd edib ki, Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir:

“Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləmişlər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır”.

Azərbaycanın turizm sektorunda ciddi irəliləyişlərin olduğunu deyən iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a söyləyib ki, turisti cəlb etmək üçün müxtəlif və zəncirvari şəkildə bir-birindən asılı olan məqamlardan istifadə etmək lazımdır:

Gərək cazibədarlıq yaradaq ki, ölkəmizə maraq yaransın. İllər boyu qonşu ölkələrdə-Türkiyədə, Gürcüstanda turizmin inkişafını görürük. İnfrasturuktur nöqteyi nəzərdən dövlətimizin imkanları Gürcüstandan daha əlverişlidir. Belə olduğu halda kompleks tədbirlər planı həyata keçirmək lazımdır.
Hər bir dövlət turizmin inkafı üçün ilk növbədə təhlükəsizlik məsələsinə diqqət yetirməlidir. Ölkə başçısı da çıxışında bu məqamlara toxundu. Təhlükəsizlik nöqteyi nəzərdən hansısa ölkədə sabitlik olmasa, həmin ölkəyə heç bir turist maraq göstərməz”.

İqtisadçı hesab edir ki, ölkəmizdə turizmin inkişafına təkan verən amillərdən biri də “ASAN Viza” sisteminin tətbiqi olunmasıdır:

"Əvvəllər viza məsələsinə görə Azərbaycana bir çox ölkələrdən turist gələ bilmirdi. Lakin “ASAN Viza”nın tətbiqi ilə Azərbaycana milyonlarla turist gəldi. Turizmlə bağlı uğurlarımızdan biri də məhz bu idi. Biz həm xidmətimizlə, həm qonaqpərvərliyimizlə turizmin inkişafına təkan vermişik. Ölkə başçısı tamamilə ətraflı şəkildə bütün məqamları vurğuladı.Əlbəttə, Azərbaycanda turizm sahəsi olduqca dinamik şəkildə inkişaf edir”.



 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu