Evlilik təklifinə rədd cavabı aldı və intihar etdi

Türkiyənin Diyarbakır vilayətində intihar hadisəsi baş verib.

“Sondakika” xəbər verir ki, Diyarbakırın Bismil rayonunda yaşayan Ömər Ş. sevdiyi qıza evlilik təklifi edib, lakin rədd cavabı alıb.

Bundan sonra gəncin psixoloji durumu pozulub.

O, iş yerinə gətirdiyi tapança ilə gicgahına atəş açaraq intihar edib.

Oğlunun zənglərinə cavab verməməsindən narahat olan valideynləri iş yerinə gələrək orada oğullarının meyitini tapıblar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu