Namizədliyi qeydə alınan qələm əhli: Deputatlıq iddiasında olan jurnalistlər təşviqata başladı - SİYAHI

9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə qoşulan media nümayəndələrinin sayı kifayət qədər çoxdur. Əksər jurnalistin namizədliyi Dairə Seçki Komissiyaları tərəfindən rəsmən qeydə alınıb. 

Namizədlikləri qeydə alınmış KİV təmsilçiləri növbəti mərhələyə hazır olduqlarını bəyan ediblər. Qeydə alınmış jurnalistlər aşağıdakılardır..
 


“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun namizədliyi qeydə alınıb.

Baş redaktor namizədliyini 35 saylı Xətai üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb. 



Tanınmış teleaparıcı Afət Telmanqızının da namizədliyi qeydə alınıb.

Bu barədə aparıcı sosial şəbəkə hesabında məlumat verib. O, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürüb. Qeyd edək ki, Afət Telmanqızı REAL TV-nin əməkdaşıdır.



Namizədliyini Ana Vətən Partiyası tərəfindən irəli sürən jurnalist Jalə Mütəllimovanın da namizədliyi rəsmən qeydə alınıb.

O, 92 saylı Zərdab-Ucar Seçki Dairəsinin seçicilərini Milli Məclisdə təmsil etmək istəyindədir: “92 saylı Zərdab-Ucar dairəsindən namizədliyim qeydə alındı. Vətənə, millətə xeyirli olsun! Bu yolda əziyyətimi çəkən hər kəsə, xüsusən dəyərli həmyerlilərimə təşəkkür edirəm”.



Tanınmış jurnalist, 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ceyhun Musaoğlunun da namizədliyi qeydə alınıb.

Jurnalistin imza vərəqələrində müəyyən problem yaransa da, MSK onun şikayətini araşdırıb və onun namizədliyinin qeydə alınması haqda qərar çıxarıb. C.Musaoğlu bu hadisəni “şəffaf, obyektiv seçki prosesinin təntənəsi” adlandırıb.



“Kaspi” qəzetinin jurnalisti Rufik İsmayılovun namizədliyi 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi tərəfindən rəsmən qeydə alınıb.


R.İsmayılov daha bir mərhələni uğurla keçdiyini yazıb: “Namizədliyimin təsdiqlənməsi üçün mənə imza verən, mənəvi dəstək olan, xeyir-duasını əsirgəməyən bütün goranboylulara, o cümlədən şəxsimə qarşı yalnız hörmət gördüyüm DSK üzvlərinə dərin minnətdarlığımı bildirirəm. İndi növbəti mərhələləri uğurla başa vurmaq üçün çalışmaq gərəkdir”. 



Aparıcı Aytən Səfərovanın da (Piriyeva) 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən namizədliyi təsdiqlənib.

O, son anda namizədliyini irəli sürüb və yarımgün ərzində imza toplayıb. Aytən Səfərova seçkilərə Piriyeva soyadı ilə qatılıb: “Respublika üzrə ilk namizədliyi qeydə alınanlardan biriyəm. Sonadək mübarizə aparacam”.



Jurnalist Zaur Əhmədin namizədliyi isə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən təsdiqlənib.

Zaur Əhməd sosial şəbəkə qeyd edib ki, mübarizənin daha bir mərhələsini başa vurub: “Yolumuz haqq yoludur. Bu dəfə Milli Məclisdə xalqdan biri olacaq. Onların səsi, vəkili olmaq üçün əlimdən gələni etməyə hazıram”.



“Real” TV-nin əməkdaşı Ləman Ələşrəfqızının 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə onun özü açıqlama yayıb: “Dostlar, çətin bir yola çıxmışam, bilirəm. Amma sona qədər gedəcəm. İnşallah, qismətimdə varsa, hər şey yaxşı olacaq. İstəyən dostların duaları, sevimli yerlilərimin dəstəyi , Allahın köməkliyi ilə bu missiyanın öhdəsindən gəlməyə çalışacam”. 



Namizədliyi qeydə alınan jurnalistlərdən biri də Kəramət Böyükçöldür.

Kəramət Böyükçöl 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd olub.



Jurnalist Tural Turanın da növbədənkənar parlament seçkisində namizədliyi qeydə alınıb.

T.Turanın namizədliyi 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasın tərəfindən təsdiqlənib. 



55 saylı Xaçmaz şəhər dairəsindən deputatlığa iddialı müstəqil jurnalist Azər Həsrətin də namizədliyi qeydə alınıb.

Namizədliyinin qeydə alınmasına münasibət bildirən Azər Həsrət deyib ki, hazırkı ana qədər seçkilərlə bağlı proseslərdən çox razıdır: “Məndə olan bilgiyə görə, buradan indiyə qədər 18 nəfər namizədliyini irəli sürüb və hələlik bu 18 nəfərdən heç birinin şikayət etdiyini eşitməmişəm. Ümid edirəm ki, proses sona qədər belə davam edəcək”.



Jurnalist Aygün Süleymanlının (Muradxanlı) deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə jurnalist özü məlumat verib. A.Süleymanlının namizədliyi 28 saylı Sabunçu üçüncü seçki dairəsindən irəli sürülüb. 



“Xeberleragentliyi.com” saytının rəhbəri, yazıçı-jurnalist Yusif Məhəmmədoğlunun (Osmanlı) namizədliyi də rəsmən qeydiyyata alınıb.

Qeyd edək ki, Yusif Məhəmmədoğlu 86 saylı İsmayıllı Seçki Dairəsindən qeydiyyata alınıb. 



“Xalqxeber.Az” İnformasiya Agentliyinin baş redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Bu haqda jurnalist Peyman Sadıqov məlumat verib. P.Sadıqov açıqlamasında deyib ki, Şirvanlıların onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacib idi. “Çünki daim Şirvanda sosial problemlərlə maraqlanmışam və çatışmamazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm”. 



107 saylı Qazax seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüş jurnalist Sevinc Kərimovanın namizədliyi qeydə alınıb.

Bu barədə Sevinc Kərimovanın özü məlumat verib. O bildirib ki, artıq DSK-dan ona bununla bağlı məlumat verilib. Xatırladaq ki, S.Kərimova jurnalist olmaqla yanaşı, həm də "Əks-səda"Beynəlxalq  Jurnalist Tədqiqatlari Mərkəzi Ictima Birliyinin sədridir. O, 1975-ci ildə Qazaxda doğulub, BDU-nun Jurnalistika fakültəsinin məzunudur.



“Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəylinin deputatlığa namizədliyi də qeydə alınıb.

Bu barədə onun özü məlumat verib. Jurnalist bildirib ki, 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb: “Bu müddət ərzində mənə dəstək olan hər kəsə, ilkin olaraq etimad göstərib imza verən bütün rayon sakinlərinə dərin təşəkkürümü bildirirəm. Qarşıda bizi daha çətin mərhələ gözləyir”. 



Jurnalist, AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə keçmiş təmsilçisi Mövsüm Aslanovun namizədliyi qeydə alınıb.

O, namizədliyini 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən irəli sürüb. 



Keçmiş teleaparıcı Yelena Sidorenkonun deputatlığa namizədliyi qeydə alınıb.

Y.Sidorekelena namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürüb.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu