20-dən çox avtomobil toqquşdu: Ölən və yaralılar var

Rusiyanın Adıgey Respublikasında 20-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

“Life” agentliyi məlumat verir ki, qəza nəticəsində bir nəfər həlak olub, dörd nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın səbəblərini araşdırır.

İlkin açıqlamaya əsasən, qəzaya səbəb ərazidə müşahidə olunan dumanlı hava şəraitidir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu