Məşhur model podiumda ölümdən döndü

Türkiyəli məşhur model və aparıcı Çağla Şikelin podiumda başına gələn hadisə hər kəsi şoka salıb.

Ucankuş.com xəbər verir ki, dünyaca məşhur modelyer Hakan Akkayanın dəfiləsində əsas model olan Çağla Şikel qorxu dolu anlar yaşayıb. Model son anda ölümdən xilas olub. O, podiuma çıxmağa hazırlaşan zaman səhnə açılışı pərdələrinin bərkidildiyi dəmir tavandan qopub.

Dəmir parçası düz modelin yanına düşüb. Baş verən hadisə məkandakı tamaşaçıların və modelin həmkarlarının qorxmasına səbəb olub. Amma Çağlanın heç bir xəsarət almaması hər kəsi sevindirib.

Qeyd edək ki, bu hadisə Çağlanın başına gələn ilk dəfilə qəzası deyil. Hər zaman əsas model olaraq podiumlara çıxan Çağla bir neçə dəfə səhnədə yıxılması və ya geyimlərinin gözlənilmədən yırtılması ilə gündəmə gəlir.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu