Müğənni Xalq artistlərini ittiham etdi: "Hamısı yalan danışır"

Bir çox xanım müğənnilər mənimlə duet oxumaq istəyib. Amma oxumaq üçün onlardan müəyyən bir məbləğ istəmişəm. İndi tanındıqları üçün adlarını çəkmək istəmirəm.

Oxu.Az xəbər verir ki, bu sözləri gənc müğənni Elnar Xəlilov ARB TV-də yayımlanan “Show News” proqramında deyib.

Müğənni bundan sonra pul müqabilində onunla duet oxumaq istəyən xanım ifaçılarla çalışacağını da bildirib:

“Mahnı daxil olmaqla xanım ifaçılarla b min manata duet oxuyacam. Çünki hər işin kommersiya tərəfi var. Bir işi görmək üçün pul xərcləməlisən. Amma bizdə pul xərcləmədən “ulduz” olmaq istəyirlər. Məsələn, mən Selin Dionla duet oxumaq istəsəm, onun meneceri haqlı olaraq pul tələb edəcək. Niyə məni pulsuz reklam etsinlər ki?”

Elnar Xəlilov onun mahnıları ilə məşhur olan xanım ifaçıların olduğunu da vurğulayıb:

“Əlim uğurludur. Səbinə Selcan, Damla və İradə Mehri mənim yazdığım mahnılarla tanınıblar. Ümumiyyətlə, bir mahnının maya dəyəri 2500 manatdır. Xahiş edirəm ki, efirlərdə guya gənclərə dəstək olduğunu deyən Xalq artistinə “Mənə mahnı verin” deyin. Görüm verə biləcək? Hamısı yalan danışır. O sözləri maşınları kreditdə olan şəxslər deyir. Ancaq tamaşaçılar onları tanımadıqları üçün həmin Xalq artistlərinin imkanlı olduğunu düşünürlər”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu