ARB-nin Feysbuk uğuru: Teleşirkət daha böyük auditoriyaya çatacaq

Feysbuk sosial şəbəkəsi ARB telakanalının rəsmi səhifəsini təsdiqləyib. Şirkətin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimlinin sözlərinə görə, televiziya kanalları içərisində bu, bir ilkdir “Facebook tərəfindən ilk təsdiqlənən televiziya olduğumuz üçün qürur hissi keçiririk. Qısa müddət ərzində biz bunu bacardıq. Bizi izləyən, bizə dəyər verən hər kəsə təşəkkürlərimizi bildiririk”. 

Ekspert Ələsgər Məmmədli Sherg.az-a deyib ki, tamaşaçılarla ünsiyyət baxımından şirkətin rəsmi  Feysbuk səhifəsinin tanınması xüsusi əhəmiyyətə malikdir: 

“Təbii ki, bu ARB üçün uğurdur. Teleşirkət bundan sonra  daha böyük auditoriyaya çatmaq imkanı əldə edəcək. Lakin burada əlahiddə bir imkan yoxdur. Yəni nəinki ARB, heç bir şirkət Facebookun kodekslərindən, qaydalarından kənara çıxara bilməz. Başqa sözlə desək, şirkətin Feysbukdakı bütün fəaliyyəti daxili qanunlara uyğun olmalıdır. Ola bilər ki, bundan sonra digər kanalların da rəsmi Feysbuk səhifəsi yaransın. Hər halda müasir dövr də bunu tələb edir”.



Ələsgər Məmmədli: “Ola bilər ki, bundan sonra digər kanalların da rəsmi Feysbuk səhifəsi yaransın. Hər halda müasir dövr də bunu tələb edir”


Haker hücumları zamanı və yaxud da hansısa səbəbdən səhifə bağlandıqda, rəsmiləşmənin nə dərəcədə önəmli olduğuna gəldikdə isə mütəxəssis qeyd edib ki, müxtəlif fiziki və hüquqi şəxslərin təsis etdiyi sosial şəbəkə hesabları mövcud standartlara cavab verdiyi müddət ərzində onların bağlanma ehtimalı çox aşağıdır: 

“Dediyim kimi, Facebookun öz daxili qaydaları var. Bu kodekslərin hər biri etik normalar üzərində qurulub. İstifadəçi həmin qaydaları pozmadıqca hesabın bağlanma ehtimalı demək olar yoxdur. Bu, yalnız bir istisna halda - başqa istifadəçilərin şikayətləri əsasında ola bilər. Ümumiyyətlə, bu cür hallarda adətən səhifə tamamilə bağlanmır, onun sadəcə imkanları məhdudlaşır. Məsələn, ola bilsin ki, istidəçi post yaza bilmir, foto paylaşa bilmir və s. Bu kimi hallarda Feysbuk şirkətinin özünə müraciət etmək lazımdır. Düşünürəm ki, ARB teleşirkəti qanun pozuntularına yol vermədən Feysbukdakı rəsmi səhifəsindən öz auditoriyası ilə daha keyfiyyətli ünsiyyət qurmaq üçün istifadə edəcək”.

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu