Arye Qut: "İslahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək"

Azərbaycanda aparılan islahatlar gənclərin öz potensiallarını göstərə bilmələri üçün yaxşı fürsət yaradıb. Eyni zamanda aparılan islahatlar fevralın 9-da keçiriləcək parlament seçkilərində gənclərin yeni ideya və mexanizmlərlə iştirakına stimul verəcək.

Bu sözləri secki-2020.az saytına açıqlamasında israilli politoloq Arye Qut deyib.

O, yeni seçiləcək deputatların seçicilərinin qayğılarına daha həssas yanaşacaqlarına ümid etdiyini vurğulayıb. “Hazırda Azərbaycan dəyişikliklər, islahatlar yolundadır.  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrlə bağlı zəruri islahatlar həyata keçirilir. Prezident İlham Əliyev dərin təfəkkürə, dövlətin həyat fəaliyyətinin bütün istiqamətlərinə strateji və dəqiq yanaşmaya malik siyasətçidir”. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu