Rusiyanın yeni Baş nazirinin anası Ermənistanın Meqradzor kəndindəndir

Rusiyanın yeni Baş naziri Mixail Mişustinin anası erməni əsillidir. Virtualaz.org xəbər verir ki, bu barədə "Rusarminfo" nəşri yazır.

Bildirilir ki, onun erməni əsilli olmasının kökü müasir Ermənistanın köhnə Mişustin soyadının əsasını təşkil edən kiçik bir kəndə söykənir.

“Mişustinin ana tərəfi ermənidir. Deyilənə görə, kökü Tayçarıq kəndindəndir (indiki Meqradzor). Tayçarıq türk dilindən “bir terlik” kimi tərcümə olunur və erməni dilində “miçust” kimi səslənir - görünür, Mixailin əcdadları Rusiyada  “ç” hərfini daha ahəngdar “ş”  ilə dəyişərək Mişustin soyadını alıblar”, - nəşr yazıb.

Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Baş nazir vəzifəsinə namizədliyi Dmitri Medvedev hökumətinin istefasından bir gün sonra Rusiya Prezidenti Vladimir Putin tərəfindən təklif edilib.

Mişustin cümə axşamı proqramını Dövlət Dumasına təqdim edib, ardından isə səs verilib. 383 deputat onun namizədliyini dəstəkləyib, 41-i bitərəf qalıb və heç kim əleyhinə çıxmayıb. Bundan sonra, Vladimir Putin Mixail Mişustinin Rusiyanın Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu