Uğursuz kirpik qaynağı qızı kor edəcəkdi - FOTOLAR

İngiltərəli Leyni Palmer gözəllik salonunda uğursuz kirpik qaynağı prosedurundan sonra xəstəxanaya yerləşdirilib. Bu barədə “Daily Mail” məlumat yayıb.

Belə ki, təcrübəçi-kosmetoloq süni kirpikləri qızın göz qarpağının daxilinə yapışdırıb.

O səhvini anlayandan sonra Palmerə kirpikləri çıxartmağı təklif edib, amma prosedur o qədər ağrılı olub ki, qız imtina edib. Evə qayıtdıqdan sonra qadın qaynar xətt vasitəsilə kömək istəyib və dərhal xəstəxanaya getməsi tövsiyə olunub. 

Həkimlər Leyniyə xəbərdarlıq ediblər ki, təcrübəsiz kosmetoloqa görə gözlərini itirə bilərdi. Qız xəstəxanada bir neçə gün qaldıqdan sonra evə buraxılıb.

Sosial şəbəkələrdə Palmer pulsuz xidmətlərin təhlükələri barədə yazıb və kosmetoloqları diqqətlə seçilməklə bağlı tövsiyələr verib. "Mən bir daha təcrübəyə getməyəcəyəm və bütün yaxınlarımı eyni şeyi etməyi məsləhət görürəm", - deyə o bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu