Aqil Abbas rəqiblərinə müraciət etdi: "Ədalət" qəzetində pulsuz..."

"09 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən qeydə alınmış namizədlərin nəzərinə! 
Hörmətli dostlar!

Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasi və iqtisadi islahatların bir nəticəsi olaraq fevralın 9-da Milli Məclisə növbədənkənar seçki keçirilir. Tam demokratik keçirilməsi üçün də hər cür şərait yaradılıb".

Bu sözlər 5-ci çağırış Milli Məclisin deputatı, hazırda deputatlığa namizəd, "Ədalət" qəzetinin qurucusu Aqil Abbasın rəqiblərinə müraciətindəndir. 

A.Abbas qeyd edib ki, o da bu demokratik seçkilərə bir töhfə vermək istəyir:

"Mənim əlimdə gündəlik qəzet var. Yəni öz təbliğatımı qurmaq üçün geniş imkanlara malikəm. Amma bundan sui-istifadə etmək istəmirəm. Ona görə də Sizlərə müraciət edərək bir fikrimi bildirim. "Ədalət" qəzeti sizin hər birinizin platformasını, müsahibəsini pulsuz dərc etməyə hazırdı. Və eyni zamanda qəzetin həmin nömrələrindən pulsuz olaraq hər biriniz 300-400 nüsxə gəlib redaksiyadan götürə bilərsiniz".

Qeyd edək ki, A.Abbas 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən qeydə alınmış namizəddir.  

Paylaş

Bizi Facebookda izləyin
menu
menu