Bir saniyədə baş verdi: Qızın üzünə 40 tikiş vurulub - FOTOLAR


Birlikdə şəkil çəkdirmək istədiyi it kabusu oldu.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Argentinada gənc bir qız, birlikdə foto çəkdirmək istədiyi it tərəfindən üzündən xəsarətlər aldı .



Hadisə Argentinanın Tucuman şəhərində yaşanıb. Yoldaşını evində ziyarətə gedən Lara Sanson (17) adlı qız, rəfiqəsinin Kenai adlı iti ilə şəkil çəkdirmək istədi.
Cinsi "Alman qurdu" olan it ilə 2 foto çəkdirən qız bir anda itin hücumuna məruz qalıb.




İt, qızı üzündən dişləyib. Xəstəxanaya çatdırılan qızın üzünə 40 tikiş vurulub.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu