82 min insan qaçdı, yeni partlayış hər an ola bilər


Filipinin paytaxt Manel yaxınlığındakı Taal Yanardağında baş verən partlayışın ardından, fəlakət bölgəsindən çıxarılan vətəndaşların sayı 82 mini keçib. 



Yanardağın olduğu Batangas əyalətindəki Fəlakət Risk Azaltma Mərkəzindən verilən  şərhə görə, yanardağa 14 kilometr məsafədə yaşayan 82 mindən çox insanın  təhlükəsizlik səbəbiylə uzaq bölgələrə çıxarıldığı bildirilir.

Şərhdə o da qeyd edilir ki, partlayışın yaratdığı təsir o qədər güclü olub ki, bu ana qədər infarkt keçirən 2 nəfər də həyatını itirib. 

Çoxlu sayda vətəndaş təhlükəsizlik riskinə baxmayaraq azadetmə bölgələrindən qaçaraq evlərinə geri dönüb. Səlahiyyətlilər, ordu güclərinin dönən vətəndaşları tapıb yenidən azadetmə mərkəzlərinə gətirdiyini açıqlayıb.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu