Yeznəsini öldürən "Hozu"nun istintaqı başa çatdı

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2019-cu il iyunun 14-də  baş verən silahlı insident zamanı yeznəsini güllələyən, “Hozu” ləqəbi ilə tanınan Rauf Şirinovun cinayət işi üzrə istintaqı başa çatıb. 

İstintaq zamanı hadisənin təfərrüatları məlum olub. Belə ki, iyunun 13-də Ramiz Məmmədov Rauf Şirinovun bacısı Məleykə Məmmədovanı onun və ailə üzvlərinin yanında nalayiq sözlərlə təhqir edib. Rauf  Şirinov bunu şəxsiyyəti, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib və qisas niyyətilə yeznəsini öldürmək qərarına gəlib. Bundan əlavə cinayətkar onu da bildirib ki, yeznəsi yaxşı imkanı olduğu üçün ona daim  yuxarıdan-aşağı baxıb. 

O, içərisində 3 ədəd patron olan “Vinçester” tipli tüfənglə silahlanaraq, sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes” markalı avtomobillə Ramiz Məmmədovun iş yerinə gəlib. Təmir sexlərinin qarşısında dayanmış yeznəsinə, onun və ailə üzvlərinin yanında bacısını etdiyi təhqirlərə görə iradını bildirib, silahı ona nümayiş etdirməklə, real əsasla öldürəcəyi ilə hədələyib. Bu zaman Ramiz Məmmədov öz şəxsi avtomobilinə oturaraq Raufa onun ardınca gəlməsini deyib.

Təxminən 400 metr aralandıqdan sonra Ramiz qəflətən avtomobilini onun maşınının qabağında saxlayıb. Rauf yeznəsinin maşından düşdüyünü görüb, sükanı tərk etmədən elə avtomobilin içərisindən ona üç dəfə atəş açıb. Hadisədən sonra o, üç gün gizlənərək iyunun 17-də qarajdan götürdüyü silahla polisə təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o,13 il müddətinə azadlıqdan məhrum olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu