Morales ən böyük siyasi səhvindən danışdı

Boliviyanın sabiq Prezidenti Evo Morales dördüncü müddətə prezidentliyə namizədliyini irəli sürməsini özünün başlıca siyasi səhvi hesab edir.

Bu barədə o, “Die Zeit” qəzetinə müsahibəsində bildirib.

“Mənim səhvim namizədliyimi yenidən irəli sürmək idi. Lakin bu, xalqın qərarı idi və mən konstitusiyaya müvafiq olaraq dördüncü müddətə öz namizədliyimi irəli sürmək təklifini qəbul etdim”, - deyə Morales “14 illik prezidentlik dövründəki ən böyük siyasi səhviniz nə olub?” sualına cavab olaraq bildirib.

O qeyd edib ki, təklifdən imtina etməli idi.

Xatırladaq ki, ötən ilin noyabrın 10-da prezident Evo Morales də daxil olmaqla, Boliviyanın bütün ali rəhbərliyi ölkədə etirazlar fonunda istefa verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu