Arvadı ilə mübahisə edən kişi onu magistral yolda qoydu: Avtomobil vurub öldürdü

Rusiyanın Ural Federal Dairəsində taksidə arvadı ilə mübahisə edən kişi sürücüdən onu yolun ortasında düşürməsini istəyib.

E1.ru-nun xəbərinə görə, magistral yolun ortasında taksidən düşməyə məcbur edilən 38 yaşlı qadını avtomobil vurub.

Ərazidən 100 metr məsafədə uzaqlaşan taksi sürücüsü avtomobilin güzgüsündən qadını yolun ortasında uzanmış vəziyyətə görüb.

Sürücü və əri avtomobillə geri qayıdanda qadını avtomobil vurduğunu biliblər.

Təcili yardım gələnə qədər qadın ölüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu