10 yaşlı qızın köməyinizə ehtiyacı var!

Talassemiya xəstəsi olan 02.12.2010 təvəllüdlü Əkbərli Kübra Elməddin qızının köməyinizə ehtiyacı var. Doğulduğu gündən etibarən talassemiya xəstəlikdən əziyyət çəkən Kübra Əkbərlinin müalicə olunması və öz sağlamlığına qovuşması üçün onun Türkiyədə əməliyyat olunmasına - sümük iliyi transplantasiyasına ehtiyac var.
Lakin bu əməliyyat üçün 88 min ABŞ doları tələb edilir ki, bu vəsaiti ödəmək 10 ildir ki, uşağın müalicəsinə böyük vəsaitlər sərf edən Kübra Əkbərlinin valideynlərinin imkanı xaricindədir. Bu səbəbdən bütün imkanlı vətəndaşlarımızı 10 yaşlı Azərbaycan övladının taleyinə biganə qalmamağa çağırırıq. Arzu edən vətəndaşlar Kübra Əkbərliyə yardım üçün açılan hesab nömrələrinə vəsait ödəməklə bu xeyirxah işə öz töhfələrini verə bilər.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu