Mehriban Əliyeva: "20 Yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.  

Paylaşımda deyilir: “20 Yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar.  

Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu