Makrondan Türkiyəyə: "Bundan çox narahatam!"

Fransa Prezidenti Emmanuel Makron Türkiyənin dəstəklədiyi müxalif döyüşçülərin Suriyadan Liviyaya göndərilməsinə qarşı çıxır.

Axar.az xəbər verir ki, bu iddia ilə AFP çıxış edib.

“Suriya və digər ölkələrdən Tripoliyə döyüşçülərin gəlməsindən narahatam. Buna son qoyulmalıdır!” - deyə Makron bildirib.

Qeyd edək ki, bundan öncə ingilis mediası Türkiyənin dəstəklədiyi 2 minə yaxın müxalif döyüşçünün Suriyadan Tripoliyə yollandığını iddia etmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu