Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? - Keçmiş nazir açıqladı

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin araşdırılması ilə bağlı Qarabağ Təşkilat Komitəsi yaradılmışdı.  Bu analitik qrupun nəzdində müxtəlif qurumlardan gələn insanlar fəaliyyət göstərirdi – Daxili İşlər Nazirliyi, Nazirlər Kabineti, partiya orqanları və sair. 

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov müsahibələrinin birində deyib ki, sonralar orada analitik qrupun yaradılması və onun işinin təmin edilməli olduğu barədə qərara gəlinib. 

“Bir sözlə, Mərkəzi Komitənin nəzdində analitik qrup yaradıldı. Bu qrup cavan alimlərdən ibarət idi”, - deyə T.Zülfüqarov müsahibəsində demişdi. 

Bu qrupa kompüter proqramı üzərində ictimai elmlərlə məşğul olan mütəxəssisləri cəlb edirdilər ki, xüsusi proqnozlaşdırma proqramı yaradılsın.

Görkəmli alim Rafiq Əliyev də süni intellekt üzrə mütəxəssis kimi burada təmsil olunub. 

“Bu proqnozları kompüterin istifadəsi ilə yaratmaq üçün respublikada gedən ictimai-siyasi prosesləri analiz edən insanlar lazım idi”, - deyə T. Zülfüqarov bildirib. 

20 Yanvar faciəsinin 30-cu ildönümündə T.Zülfüqarov həmin analitik qrupun fəaliyyəti ilə bağlı daha bir açıqlama ilə çıxış edib. 

O bildirib ki, analitik qrup 1989-cu ilin sentyabrında mövcud vəziyyətlə bağlı növbəti proqnozunu hazırlamışdı. 

Onun sözlərinə görə, analitik mərkəz proqnozlaşdırırdı ki, erməni əhalinin çox yaşadığı Bakı və Gəncədə etnik iğtişaşlar başlayacaq. 

“Yanvarın 20-nə isə hələ 3.5 ay qalırdı…”, - deyə T.Zülfüqarov qeyd edib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu