Qalın: "Ərdoğanın Berlin sammitində iştirakı..."

Berlin sammiti Liviyada atəşkəsin imzalanması və siyasi problemlərin həlli üçün böyük fürsətdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsirli və çoxşaxəli siyasəti Liviya məsələsində Türkiyəni prosesin əsas fiqurlarından birinə çevirib. Berlin sammitinə iştirakımız bunu bir daha sübut etdi. Türkiyə hər zaman atəşkəsin bərpası üçün öz konstruktiv və sülh siyasətini davam etdirəcək”, - deyə İ.Qalın bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu