Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva 89 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

1987-ci ildə “Azərinform”da (indiki “Azərtac”) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

2010-cu ildə təqaüdə çıxsa da, mətbuatla fəal əməkdaşlıq edib.

Allah rəhmət eləsin!


Paylaş

Bizi Facebookda izləyin
menu
menu