Xazaradze: "Tiflis ABŞ şirkətlərinə düşmən kəsilib"

Gürcüstan hakimiyyəti ABŞ şirkətlərinə düşmən münasibəti göstərir.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan üçün Lelo Partiyasının lideri Mamuka Xazaradze deyib. O, ABŞ Konqresində Gürcüstanın demokratiya prinsiplərindən uzaqlaşması ilə bağlı səsləndirilən bəyanatların Tiflis-Vaşinqton arasında strateji münasibətləri sual altına qoyduğunu bildirib.

Qeyd edək ki, bundan öncə amerikalı konqresmen Markveyn Makvil öz Tvitter səhifəsində Baş nazir Georgi Qaxariyaya məktub ünvanlayaraq, Tiflisin son illərdəki fəaliyyətini pisləmişdi. O, Gürcüstanın demokratik ideallardan uzaqlaşdığını söyləmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu