Türkiyəli politoloq: "20 yanvar Azərbaycanın azadlığı əldə etməsində rol oynayan ən önəmli hadisələrdən biridir"

"20 yanvar Azərbaycanın azadlığı əldə etməsində rol oynayan ən önəmli hadisələrdən biridir". Serq.az-ın xəbərinə görə, bunu açıqlamasında Türkiyəli politoloq, təcrübəli siyasətçi Cihad Rəhmi Akar deyib.

Politoloqun sözlərinə görə, bu gün Sovetlər birliyi dağılıbsa və Azərbaycan müstəqil bir ölkədirsə, heç şübhəsiz bu prosesdə 20 Yanvar hadisələrinin müstəsna rolu var:

"20 Yanvar hadisələrində XI qızıl ordu tərəfindən qətlə yetirilən, şəhid edilən insanlarımızı həmin hadisələrin 30-cu ildönümündə rəhmətlə yad edirik. Onların qardaş ölkə Azərbaycanın müstəqilliyinə gedən yolda rolları danılmazdır. Necə 15 iyul 2016 cı ildə Türkiyədə millətimiz küçələrə axışdı və ölkəsinin gələcəyinə uzanan xain əlləri öz canları, qanları bahasına bu ölkədən uzaq tutdusa, 20 yanvar 1990 cu ildə bundan otuz il öncə də Azərbaycanın paytaxtı Bakıda eyni hadisələr baş verdi və Bakıda qoşun yeridən o zamanın əliqanlı rus rejiminə qarşı Azərbaycan xalqı qoca, cavan, qadın, uşaq demədən ayağa qalxdı, şəhid oldu, yaralandı.

Amma əqidəsindən dönmədi, sabahına ümidlə, inamla baxdı və bunun nəticəsində də bu gün regionun ən güclü dövləti olan Azərbaycan yarandı. Bu gün bizim Türk və müsəlman coğrafiyasının məhz türk və müsəlman olduqları üçün şəhid edilən soydaşlarımızı anma günümüzdə. Bu günü qətiyyən yas günü kimi qəbul etmirik və etməməliyik. Bu gün bizim Türk və müsəlman aləminin şərəfli bir tarixlərimizdən birisi olmaqla yanaşı, eyni zamanda qürurla tarixə yazdırdığımız bir gündür. Bir daha şəhidlərimizə Allah rəhmət diləyir, başın sağ olsun, "qürurla sabahına bax, Azərbaycan" deyirəm".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu