İran: "Avropanın ittihamlarını qəbul etmirik"

Tehran nüvə proqramı barədə razılaşmaya bağlı qalır.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib. Musəvi Avropa dövlətlərinin bu məsələ ilə bağlı İrana qarşı ittihamlarını əsassız adlandırıb:

“Avropalıların son addımlarında hüquqi əsas yoxdur. İran nüvə müqaviləsinə bağlı qalır”.

Qeyd edək ki, bundan öncə Almaniya, Britaniya və Fransa İrana qarşı nüvə razılaşması çərçivəsində mübahisələrin həlli mexanizmini işə salmışdı. Buna səbəb İranın nüvə razılaşması çərçivəsindəki öhdəliklərinə əməl etməyi dayandırması olmuşdu.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu