Peskovun qızı: “Çeçenistanda xüsusi təyinatlı düşərgəsində UFC döyüşçüləri ilə...”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta asudə vaxtlarında məşğuliyyəti barədə maraqlı açıqlama verib.

“Forbes”in məlumatına görə, 22 yaşlı Peskova ötən il Çeçenistan Respublikasında xüsusi təyinatlıların düşərgəsində UFC-də mübarizə aparan üç qızla birlikdə ağır məşqlər etdiyini açıqlayıb.

“Çeçenistanda oldum, bu regionu çox sevirəm. Ötən il orada xüsusi təyinatlıların düşərgəsində məşq etdim: idmanla məşğul oldum, hətta atəş açmağı və döyüşməyi öyrəndim. Dalaşmağı sevirəm! Düşünürəm ki, həyatda lazım olacaq. Ağır qrafikimiz oldu: səhər tezdən oyanıb, gündə iki dəfə məşq edib, ağır pəhrizə əməl edirdik. İndi atəş açmağı bacarıram”, - Peskova bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu