Seymur Orucov: “Bütün iqtisadi uğurların başında ölkə rəhbəri cənab İlham Əliyev durur”

“Davos İqtisadi Forumu oradakı iştirakçıların səviyyəsinə və hesabatların ciddi qəbul olunmasına görə, dünyanın ən nüfuzlu iqtisadi qurumlarından biridir”.

Bunu Sherg.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib. 

YAP rəsmisi bildirib ki, dövlət başçısı İlham Əliyevin məqaləsinin bu Forumun saytında dərc olunması çox böyük uğurdur: 

“Ölkəmizdə qısa müddət ərzində aparılan islahatlar müsbət nəticələr verib. Ümumi Daxili Məhsul artıb, dayanıqlı iqtisadi inkişaf modeli qurulub. Əlbəttə, Azərbaycanda iqtisadi inkişaf modeli qısa müddət üçün nəzərdə tutulmayıb. Bu model tam dayanıqlıdır və birbaşa əhalinin maraqlarına xidmət edir. Bunun da nəticələri göz qabağındadır. 

Dövlət başçısının məqaləsində büdcənin formalaşmasında qeyri-neft sektorunun mühüm rol oynaması, biznes sektoru və aqrar sahənin davamlı inkişaf etməsi, sahibkarlığın bütün insanlar üçün əlçatan olması, ölkəmizdə həyata keçirilən meqalayihələr və s. məqamlar öz əksini tapıb. Bütün bunların hamısı Azərbaycanın iqtisadi uğurlarından xəbər verir. Əgər bu templə getsək, yaxın zamanlarda Azərbaycan Avropa ölkələrinin sırasına qoşulacaq. Sözsüz ki, bütün iqtisadi uğurların başında ölkə rəhbəri cənab İlham Əliyev durur. Dövlət başçımız sadəcə MDB məkanında və regionda deyil, dünya səviyyəsində tanınan və qəbul edilən güclü liderdir”. 

Qeyd edək ki, Dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu