Bakıda məcburi köçkün həmyerlisini bıçaqladı

Ötən gün Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata əsasən, eyni adlı qəsəbənin 1-ci mədən küçəsində, 1989-cu il təvəllüdlü Cəbrayıl rayon sakini Orucov İlqar Məhəmmədəli oğluna yaşadığı yataqxananın zirzəmisində çoxsaylı bıçaq xəsarətləri yetirilib. 

1 nömrəli Kliniki Tibbi Mərkəzin həkimləri İlqar Orucovun bədənində ikisi qarın nahiyəsinə nüfuz etməklə beş bıçaq zərbəsi aşkar ediblər. Əldə edilən məlumata əsasən, zərərçəkənin vəziyyəti ağırdır. 

Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. O, zərərçəkənin həmyerlisi, 18 yaşlı Məhəmmədəli Zamin oğlu Məhəmmədzadədir. Hər iki şəxs hadisənin qeydə alındığı yataqxanada yaşayırlar. Hadisə törədən şəxsə Cinayət Məcəlləsinin 29, 120-ci ( qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi açılıb.

İstintaq Binəqədi rayon Prokurorluğu tərəfindən aparılır. Cinayətin səbəbləri dəqiqləşdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu