Amaşov: “20 Yanvar həm də ölümün ölümsüzlük zirvəsidir”

“20 Yanvar mərdlik və cəsarət, qürur və mətanət, mübarizə və dirəniş salnaməmizin nəsillərə örnək qalacaq müqəddəs nümunəsidir”.

Sherg.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. 

MŞ sədri bildirib ki, hər bir xalqın taleyində onu var edən, xalqda dövlətçilik ruhunun sübutu kimi qiymətləndirilən ağır hadisə və proseslər yaşanır: 

“Bu hadisələr nə qədər faciəvi xarakter daşısalar da, xalqı sanki cilalayır, onda birləşmək, bütövləşmək əzmi yaradır. Qan yaddaşımıza əbədi yazılmış 20 Yanvar faciəsinə də məhz bu baxımdan yanaşmaq mümkündür. 20 Yanvar həm də ölümün ölümsüzlük zirvəsidir. Şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Onlara bu günümüzü, sabahımızı borcluyuq. Bu xalq, bu dövlət var olduqca, onlar da var olacaq, qəlblərdə yaşayacaqlar. Əbədi var olacaq, əbədi yaşayacaqlar. Allah rəhmət eləsin! Qəbirləri nurla dolsun!”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu