Ermənistan çalxalanacaq: Kutoyanı öldürənlər Paşinyanı hədəf götürüblər - ŞƏRH

“Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi gündən bu yana ilk qalmaqallı cinayət hadisəsi baş verdi”.  Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Geori Kutoyan İrəvandakı evində öldürülmüş halda tapılıb: 

“Onu başından güllə ilə vurublar. 1981-ci il doğumlu Kutoyan 2011-ci ildə Ermənistan prezidentinin köməkçisi vəzifəsinə təyin olunub. 2016-2018-ci illərdə isə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışıb. Başqa sözlə, Kutoyan keçmiş prezident Serj Sarkiysanın ən yaxın adamlarından biri olub. Nikol Paşinyanın hakimiyyətə gəlməsiylə Kutoyan da vəzifəsini itirib. Ermənistanda növbəti çalxalanmaya hazırlıq gedir. Kutoyanı öldürənlər Paşinyanı hədəf götürüblər. Çünki, Serj Sərkisyanın yaxın silahdaşının qətlinə görə Paşinyan hökuməti tənqid olunacaq. Bu qətldən sonra Paşinyan kriminogen vəziyyətin stabilləşməsi ilə öyünə bilməyəcək”. 



Elxan Şahinoğlu: “Kutoyanı özününkülər qətlə yetiriblərsə belə diqqətlər Nikol Paşinyana yönələcək”


Analitikin sözlərinə görə, qətlin siyasi motivləri var: 

“Kutoyanı özününkülər qətlə yetiriblərsə belə diqqətlər Nikol Paşinyana yönələcək. Yəni hardan baxsan bu qətl Paşinyanın əleyhinə işləyəcək. Vaxti ilə İtaliyada sağ ekstremistlər özlərinə yaxın sağ partiyanın tanınmış nümayəndəsini öldürürdülər ki, şübhələr rəqibləri olan sol ekstremistlərin üzərinə yönəlsin. Ermənistanda da eyni ssenari işləyə bilər”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu