Yaponiya kosmik hərbi birləşmə yaradır

Yaponiya raket və müdafiə sistemlərini inkişaf etdirən rəqibləri qarşısında özünü potensial təhdidlərdən qorumaq üçün kosmos müdafiə birləşməsi yaradacaq.

Axar.az xəbər verir ki, bu sözləri Yaponiyanın Baş naziri Şinzo Abe deyib. O, yeni birləşmənin ABŞ-la əməkdaşlıq edəcəyini söyləyib.

Abe apreldə Yaponiya Özünümüdafiə Qüvvələrinin bir parçası kimi fəaliyyətə başlayacaq birləşmənin ölkəni kiberhücumlardan, yapon peyklərini xarici müdaxilələrdən qoruyacağını bildirib.

Qeyd edək ki, ötən il Yaponiya hökuməti 2020-ci ilə qədər hərbi-kosmik qüvvələr yaratmaq niyyətində olduğunu açıqlamışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu