Azərbaycanlı Rusiyada ağır qəza törətdi: Ölənlər var

Rusiyanın Bryansk vilayətində azərbaycanlı idarə etdiyi avtomobil ilə ağır qəza törədib.

Bragazeta.ru-nun xəbərinə görə, 19 yaşlı Nəcib N. idarə etdiyi “Toyota Camry” markalı avtomobili ilə əks yola çıxıb və qarşı tərəfdən gələn “Skoda Octavia” ilə toqquşub.

Qəza nəticəsində “Skoda Octavia”da olan 26 yaşlı sərnişin aldığı xəsarətlərdən yerindəcə ölüb. 39 yaşlı digər sərnişin isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildə olan digər iki sərnişin isə ağır yaralanıb.

Hadisəni törədən azərbaycanlı tutulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu