Türkiyəli müğənni donuz qripinə yoluxdu

Türkiyənin məşhur müğənnisi Nilufər donuz qripi virusuna yoluxub.

Kult.az xəbər verir ki, ötən həftə halı pisləşən müğənni xəstəxanaya aparılıb. Həkimlərin müayinəsindən sonra ona donuz qripi virusu diaqnozu qoyulub.

Hazırda Nilufər xəstəxanada müalicə alır və vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl məşhur müğənni sinə xərçəngindən müalicə alıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu