Zakir Həsənov Gürcüstana getdi

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də Tiflis şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu