Araşdırma:Əməliyyatdan 4 həftə əvvəl siqareti buraxın! – İnanılmaz nəticə...” 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 20 yanvar, 2020-ci ildə dərc edilən bir araşdırmaya görə, əməliyyatdan dörd həftə əvvəl siqareti buraxan insanların əməliyyatdan sonrakı ağırlaşma riski daha az olur.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, tütün çəkmədən  hər həftə xəstənin sağlamlığı 19 faiz yaxşılaşır:
“Əməliyyatdan altı ay sonra bu insanlar siqareti dayandırmayanlardan daha da yaxşı olur.
Hər hansı əməliyyatdan sonra insan bədəni mümkün infeksiyaları sağaltmaq və mübarizə aparmaq üçün əlindən gələni edir. Yəni əməliyyatdan çıxan adam üçün oksigen və qida ehtiyacı tam təmin olunmalıdır.
Siqaretin tərkibində olan nikotin və karbonmonoksit, orqanizmdə olan oksigen səviyyəsini azaldır. Nəticədə əməliyyatdan sonrakı ağırlaşmalar riskini artırır.
Avstraliyadakı Nyukasl Universiteti və Ümumdünya Anestezistlər Cəmiyyətləri Federasiyasının  ortaq araşdırmasına görə,  əməliyyatdan 4 həftə əvvəl siqareti dayandıranların səhhəti  hər həftə 19 faiz yaxşılaşır. Qan dövranı qaydasına düşür.  Xəstələrin anesteziyadan komplikasiyaya məruz qalma ehtimalı azalır. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu