Milli Məclis yeni çağırışlara cavab verməlidir - AKTUAL

"Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ölkəmiz üçün əhəmiyyətli hadisədir".

Bunu Serq.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu deyib.

O bildirib ki, seçkilərin şəffaf keçirilməsi üçün ölkədə əlverişli demokratik mühit var: 

“Azərbaycan Prezidenti yerli jurnalistlərə müsahibəsində bu qərarın məntiqini izah edib. Birincisi, Prezident də qeyd etdi ki, parlamentin yeni üzvləri fəal olmalı, qanunvericilik təşəbbüsü ilə çıxış etməlidirlər. İkincisi, Prezident gəncləri də parlamentdə görmək istədiyini ifadə edib. Yəni, bu iki şərt olduqca önəmlidir. Formalaşacaq parlament Azərbaycanın yeni çağırışlarına da cavab verməlidir. Çünki ölkədə siyasi və iqtisadi islahatlar sürətlənir, kadr dəyişiklikləri aparılır. Ümid edirəm ki, növbəti parlament bu çağırışlara real cavab verə biləcək”.

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu