Pişikdə hansı orqanın ağrıdığını necə müəyyən etmək olar? – Alimlər öyrəndi 

Pişiyin ağrılarını müəyyən etmək üçün üz cizgiləri öyrənilib.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, kanadalı tədqiqatçılar pişiklərdəki ağrıları əks etdirən üz ifadələrinin miqyasını təyin ediblər. Məqsəd isə bu ağrının aşkarlanmasını və idarə edilməsini öyrənməkdir. Alimlərin araşdırmasına görə, pişiklər ağrılarını qulaqlarını qatlamaqla və gözlərini qapamaqla ifadə edirlər. 

Alimlər hesab edirlər ki, bir heyvanın, xüsusilə də pişiyin hiss etdiyi ağrıları qiymətləndirmək heç də asan deyil . Hətta bəzən baytar həkimlər belə bunu bacaramırlar. Ona görə Kanadanın Monreal Universitetinin tədqiqatçıları pişiyin yalnız üz ifadələrini nəzərə alaraq ağrı miqyasını təyin ediblər.

Tədqiqatçıların 13 dekabr 2019-cu ildə “Scientific Reports” (Elmi Hesabatlar) jurnalında dərc edilmiş bir araşdırmasında qeyd olunur ki, bunun üçün ilk növbədə 30 pişiyi saxlayıblar. Həmin pişiklərin üz cizgiləri lentə alınıb. Çəkilən görüntüləri təhlil edərək, alimlər “Feline Grimace Scale” və ya “Echelle Grimace Feline”adlı nəhəng bir ağrı ölçüsü tərtib ediblər. 

Bu miqyas, ölçü heyvanın qulaqlarından, ağzından, çırpıntısından və göz qapaqlarından çəkdiyi ağrı və əziyyətlərin şiddəti haqqında təsəvvür yaratmağa imkan verir.
Qıvrılmış qulaqlar, qapalı gözlər heyvan sahibini xəbərdar etməli və baytar həkimdə onun sağlamlıq durumu haqqında bir rəy formalaşdırmalıdır. Bu məsələdə heyvanın başının mövqeyi də nəzərə alınır. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu