“Süfrə” jurnalının növbəti nömrəsi çapdan çıxıb



Qida təhlükəsizliyi və qida sektoru ilə bağlı ən aktual məlumatları özündə əks etdirən Qida Təhlükəsizliyi İnstitutunun mətbu orqanı olan “Süfrə” elmi-kütləvi jurnalının növbəti nömrəsi çapdan çıxıb. Nəfis tərtibatda və yüksək keyfiyyətlə çapdan çıxan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Şərq"ə verilən məlumata görə, jurnalın yeni nömrəsində qida mövzusunda müxtəlif oxucu kateqoriyası üçün maraqlı məlumatlar, qida təhlükəsizliyi ilə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar, qida məhsulları alarkən diqqət yetirilməli məqamlarla əlaqədar maarifləndirici yazılar dərc olunub.

"Həkim sözü” rubrikasında həkim-pediatr Nigar Sədiyevanın uşaqların düzgün qidalanması ilə əlaqədar müsahibəsi dərc edilib. Eyni zamanda, “Persona” rubrikasında Xalq artisti, tanınmış muğam ustası Mənsum İbrahimov sağlam qidalanma ilə əlaqədar sirlərini bölüşüb.

Jurnalın “Bələdçi” rubrikasında xəbərlər, yeniliklər, trendlər, eləcə də “Qida akademiyası” rubrikasında “Palma yağı zərərlidirmi?”, “Quru meyvələri alarkən bunlara diqqət!”, “Bruselyoz təhlükəsi”, “Yediyimiz qidalarda antibiotik təhlükəsi” və “Genetik modifikasiya olunmuş orqanizmlər” sərlövhəli məqalələr dərc olunub.

Eyni zamanda, “Gigiyena” rubrikasında “Xəngəlin qida normaları”, “Lifehack” rubrikasında “Artıq qidanın saxlanma qaydaları”, “Faydalı” rubrikasında “Dərdə dərman abqora”, “Tarixdən” rubrikasında “Samovarda bişən yemək”, “Qədim mətbəx” rubrikasında isə “Əsl Şəki pitisi” adlı məqalələr yer alıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu