AŞPA nümayəndə heyəti Azərbaycana gəlir - SABAH

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti parlament seçkiləri ərəfəsində - 2020-ci il yanvarın 22-23-də seçki kampaniyası və siyasi mühitin dəyərləndirilməsi məqsədilə Azərbaycana səfər edəcək.

Serq.az-ın xəbərinə görə, bu haqda təşkilatın saytında qeyd olunur.

Bildirilir ki, nümayəndə heyəti Bakıda Milli Məclisin sədri, eləcə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, parlamentdə təmsil olunan və təmsil olunmayan partiyaların liderləri və nümayəndələri ilə görüşəcək.

Bundan başqa, Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, KİV nümayəndələri, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət nümayəndələri ilə danışıqlar planlaşdırılır.

Qeyd edək ki, AŞ PA nümayəndə heyəti Azərbaycana tam tərkibdə fevralın 9-da seçkiləri müşahidə etmək üçün səfər edəcək.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu