Türkiyədə təxminən 20 minə yaxın azərbaycanlı gənc təhsil alır


Azərbaycan və Türkiyə arasında təhsil əlaqələri ildən-ilə daha da genişlənir və möhkəmlənir. Hazırda Türkiyədə təxminən 20 minə yaxın azərbaycanlı gənc təhsil alır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Azərbaycanlı gənclər Türkiyə universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil alırlar.

Xatırladaq ki, Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub. Bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edən təqaüd proqramına azərbaycanlı gənclər də müraciət edə bilərlər.

Proqramda iştirak üçün sənədlərin qəbulu https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply internet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənəd qəbulu fevralın 20-dək davam edəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu