Seçkini kimlər izləyəcək? – MSK açıqladı

Parlament seçkilərini izləmək üçün 112 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Bura ATƏT-in Demokratik Təsisitlar və İnsan Hüquqları Bürosunun, MDB PA-nın müşahidə missiyaları daxil deyil.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, ATƏT DTİHB-nun 350, MDB PA-nın 250 nəfər uzunmüddətli müşahidəçisi olacaq:

“Ümumilikdə beynəlxalq müşahidəçilərin sayı əvvəlkindən çox olacaq. Yəqin ki, 1000-i keçəcək”.

MSK sədri bildirib ki, 30 231 yerli müşahidəçi qeydiyyatdan keçib:

“Onlardan 29219-u dairə seçki komissiyalarında, 1012-si isə MSK-da qeydiyyatdan keçib”.

MSK sədri müşahidəçilərin 18670 nəfərinin siyasi partiyaları təmsil etdiyini bildirib. O, ümumilikdə 16 siyasi partiyanın qeydə alınmış müşahidəçisinin olduğunu vurğulayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu