Şadlıq evində faciə: Tavan uçdu

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.

Hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. (trend) Nəticəsində 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu