Zakir Həsənov Tbilisidəki Qəhrəmanlar meydanını ziyarət edib

Gürcüstanda rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də Tbilisi şəhərində yerləşən Qəhrəmanlar meydanındakı Gürcüstanın bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış memorialı ziyarət edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri abidənin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri davam edir.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu