Təhlükəli virusa yoluxanların sayı durmadan artır

Çində daha bir şəxs ölkə daxilində sürətlə yayılan "koronavirus"dan ölüb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, növbəti qurban da virusun ilk qeydə alındığı Vuhan şəhərindəndir.

Məlumata əsasən, indi Çinin Pekin və Şanxay da daxil olmaqla böyük şəhərlərində 200-dən çox virusa yoluxma halının baş verdiyi bildirilir.

Çinin Milli Səhiyyə Komissiyası bəyan edib ki, ölkənin Guangdong əyalətində iki yoluxma hadisəsi də artıq qeydə alınıb. Vuhan Bələdiyyə Sağlamlıq Komissiyasının digər açıqlamasında, ən az 15 tibb işçisinin də virusa yoluxduğunu bildirib.

Qeyd edək ki, virusun ilk qurbanı Çinin 11 milyon əhalisi olan Vuhan şəhərində qeydə alınıb. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda Çində rəsmi qeydiyyatda 218 nəfər vurusa yoluxmuş insan var. Tailand, Yaponiya və Cənubi Koreyada da virusa yoluxan insanlar ölüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu