Sumqayıtda mikroavtobus dirəyə çırpıldı: Ölən var (YENİLƏNİB)

Sumqayıtda baş verən qəzada ölən piyadanın kimliyi müəyyənləşib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxs 1993-cü il təvəllüdlü Tural Məmmədovdur.

09:29

Sumqayıtda baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb. 

Bu barədə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, mikroavtobus yolu keçmək istəyən piyadanı vurub. Nəticədə, piyada hadisə yerində ölüb. 

İdarəetməni itirən sürücü isə mikroavtobusu dirəyə çırpıb. 

İlkin olaraq sürücüyə diz qapağının əziyi diaqnozu qoyulub.

08:03

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, səhər saatlarında şəhərin çıxışında qeydə alınıb. Sumqayıtdan Bakı istiqamətinə hərəkət edən “Mercedes Sprinter” markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəzada xəsarət alanların olub-olması ilə bağlı dəqiq məlumat yoxdur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu