Azərbaycandan bu ölkəyə yeni qatar açıldı: Gediş pulsuzdur

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb. 

Report İran mətbuatına istinadən xəbər verir ki, qatar yaxın bir ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq. 

Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir. 

Təbriz-Culfa qatarı beş vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. 

Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu